Bakıdan rayona işləməyə gedən müəllimə 2 körpəsi ilə görün harada yaşayır FOTOLAR

"Bir neçə yerə müraciət etmişik, lakin bunların heç biri yoxdur. Bu gedişlə yoldaşım - rayondan atasız bir qız min bir əzab-əziyyətlə gəlib Bakıda oxuyaraq aldığı diplomu Təhsil Nazirliyinin və bütün ictimaiyyətin gözü önündə yandıracaq və dolanışıq xatirinə satıcılıq etməyəcə məcbur qalacaq". "Yeniavaz.com" xəbər verir ki, bunu sosial şəbəkədə şikayətçi müəllimənin həyat yoldaşı Həmzalı Məmmədov bildirib.

"Yoldaşım Həsənli Mərziyyə İnqilab qızı Müəllimlərin İşə Qəbulu (MİQ) imtanından 52 bal toplayaraq, Laçın rayon E. Məhərrəmov adına Hacılar kənd tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə müəllimə təyin olunub. Qeyd edim ki, biz Abşeron rayonu Masazır qəsbəsində yasayırıq. İş, dolanışıq, çörəkpulu xatirinə iki azyaşlı, hər ikisi də astma xəstəsi körpə uşaqlarla və mən ikinci qrup əlil xəstə halımla isti, rahat ev-eşiyimizdən çıxıb 350 kilometr aralı, Ağcabədi rayonunda, rayon mərkəzindən 30 kilometr uzaqda, yolu palçıqlı, qazı, suyu, kanalizasiyası, işığı yox vəziyyətdə olan, birotaqlı uçmaqda olan palçıq və qamışdan hazırlanmış bərbad otaqda yaşayırıq. Bütün bu dözülməz şəraiti gözə alıb yoldaşım həvəslə, işinin öhtəsindən gəlir. Lakin qarşılaşdığımız haqsızlıq, açıq-aşkar cinayət əməli bizi nəinki işləmək, yaşamaq ümidindəndə məhrum edir, yoldaşım haqsızlığa dözməyib əsəb sarsıntısı keçirir".

Həmzalı Məmmədov ailəsinin başına gələnləri belə izah edir: "Yoldaşım çalışdığı məktəb üzrə müəllimlər arasında Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə ən yüksək bal toplayıb. Lakin buna baxmayaraq, dərsləri müqavilə ilə işləyənlərdən azdır. Belə savadlı, həvəslə peşəsini sevən gənc müəllimənin haqqını tapdalayıb, satıb əsəb xəstəsi etmək olarmı? Bütün bu üstünlüyümüz, çətinliyimiz Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun vecinə deyil. Yoldaşım məktəbin ixtisası üzrə yeganə qanuni müəlliməsi olmasına baxmayaraq, qanunsuz şəkildə Nicat Həsənov yoldaşımın haqqı olan dərsləri başqasına satıb. Heç bir ehtiyac olmadığı halda bir məktəbdə qanunsuz 5-6 müəllimi müqavilə ilə işlətməkdə sizcə, Nicat Həsənovun marağı nə ola bilər? Yəqin ki, hamıya məlumdur. Əgər qanunla dərs yükü çoxdursa, niyə həmin yerlər vakansiya verilməyib? Sizdən artıq dərəcədə xahiş edirəm, haqqımızın bərpa olunmasına köməklik edin, yoldaşımın dərsləri özünə qaytarılsın. Bu narahat vəziyyətdə, olduqca çətin şəraitdə haqqımızın rüşvətə, haqsızlığa satılmasına icazə verilməyin. Yoldaşım da həvəslə öz işinin öhtəsindən gəlsin",-deyə şikayətçi vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top