Bayraq Meydanı 9 noyabrda bayraqsız qalacaq

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb.

Bu il yaradılmasının 10 illiyi qeyd olunacaq Meydanda asılan bayrağın müəmmalı şəkildə sökülməsinə hələ də aydınlıq gətirən yoxdur. Görünən odur ki, Bayraq Günündə də bayraq yerinə asılmayacaq.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib ki, bu gün qurum tərəfindən Bakı Biznes Mərkəzində Bayraq Gününə həsr olunmuş böyük elmi seminar keçirilib:
“Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir. Bu gün Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” mövzusunda elmi seminar təşkil olundu. Tədbirdə ölkənin tanınmış alimləri, nazir müavinləri, bir çox rayon icra başçısı iştirak edirdi”.
N.Məcidov bildirib ki, Bayraq Meydanındakı bayrağın 9 noyabrda asılması nəzərdə tutulmayıb:
“Təmir-bərpa işləri davam edir. İşlərin yekunlşacağı vaxt barədə dəqiq məlumat yoxdur. Həm də biz bayraq gününü bu gün Bakı Biznes Mərkəzində qeyd etdik”.

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.modern.az

DİGƏR XƏBƏRLƏR

Top