“Neft Daşları”ndan indiyədək çıxarılan neftin həcmi açıqlanıb

“Neft Daşları” yatağı istismara veriləndən bu günə kimi 183 mln. tondan artıq neft hasil edilib. Bunu SOCAR-ın “Azneft” İB-nin qazın yığılması, saxlanması, nəqli və qaz-kompressor təsərrüfatı şöbəsinin mühəndisi Saday Nəsibov bildirib.

Onun sözərinə görə, yataqda maksimum hasilat 1967-ci ildə qeydə alınıb və həmin il yataqdan 7,6 mln. ton neft hasil edilib.

“Neft Daşları”nın 55 illik yubileyində NQÇİ-nin kollektivi adından Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi Respublika Prezidenti İlham Əliyevi əmin edib ki, “Neft Daşları”nın perspektivi hələ tükənməyib. Yeni meydança və özüllərinin tikintisi ilə əlavə quyuların qazılması nəticəsində NQÇİ-nin illik neft hasilatını 1 mln. tondan yuxarı qaldırmaq mümkün olacaq.
2005-ci ildən nəzərdə tutulan işlərə start verilib, 2007-ci ildə hasilat 942 min tona çatdırılıb, 2016-cı ildə isə 1 mln. tondan artıq neft çıxarılıb”, - deyə S.Nəsibov qeyd edib. Qeyd edək ki, “Neft Daşları” 1949-cu ildən istismardadır. Həmin il noyabrın 7-də burada 1 saylı quyu istismara verilib. report

DİGƏR XƏBƏRLƏR

Top