“iPhone X”ın maya dəyəri hesablandı

“TechInsights” analitik agentliyinin mütəxəssisləri “iPhone X” smartfonunun komponentlərinin dəyərini və onun real qiymətini hesablayıblar.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ekspertlər çərçivəsiz ekranı 65 dollar məbləğində qiymətləndiriblər ki, bu da “iPhone 8”in ekranından bahadır. Polad çərçivəli korpus 36 dollara, qurğunun iç təchizatı isə 247 dollara başa gəlir. Analitiklərin zənnincə, “iPhone X”ın yekun maya dəyəri 357 dolları ötməməlidir.

Qeyd edək ki, “iPhone X” noyabrın 3-də satışa çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top