Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dünən gecə rayon ərazisində reyd keçiriblər.
Reyd zamanı avtoxuliqanlıq edən 2 sürücü saxlanılıb.
Onlardan biri 99 GO 505 dövlət nömrə nişanlı, “Chevrolet Camaro” markalı avtomobilin sürücüsü olub. Dəfələrlə qayda pozan sürücü DYP əməkdaşları tərəfindən saxlanılarkən kiməsə zəng edib. Zəng olunan şəxs məşhur iş adamlarından biri olub. O, telefonda yol polislərini təhqir etsə də, sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb. Həmin avtomobilə aid xeyli sayda ödənilməyən cərimələrin olduğu da üzə çıxıb.
Bundan əlavə, reyd zamanı avtomobili sərxoş halda idarə edən 4 sürücü də aşkar edilib. Onlardan biri 99 LP 840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub.
Qeyd edək ki, reyd zamanı cərimələri vaxtında ödəməyən 10 sürücü saxlanılıb, onlara bildirişlər çap olunaraq təqdim edilib. Bəzilərinin avtomobili isə cərimə meydançasına aparılıb. Avtosfer.az