Cəlilabadda 23 yaşlı rayon sakini qonşusu tərəfindən bıçaqlanıb

Cəlilabad rayonunda 23 yaşlı rayon sakini bıçaqlanıb.

Hadisə bu gün axşam saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 23 yaşlı Ülvi Nadir oğlu Əhmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, onun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Yaxınlarının dediyinə görə, Ü.Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top