Azərbaycan Prezidenti ABŞ prezidentinə başşağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başşağlığı məktubu ünvanlayıb.

Başsağlığı mətnində deyilir:

"Hörmətli cənab prezident,

Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". Report

DİGƏR XƏBƏRLƏR

Top