Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsində dindirilib.
“Yeni Müsavat” qəzeti keçmiş nazirin prokurorluğun binasından çıxarkən çəkilmiş fotoşəkillərini dərc edib.
Qeyd etmək lazımdır ki, bu, 2015-ci ildə MTN rəhbəri vəzifəsindən azad edildikdən sonra Eldar Mahmudovun ilk fotoşəkilləridir.