Səudiyyə Ərəbistanı İrana mütənasib cavab verəcək

Səudiyyə Ərəbistanı İranın Krallığa qarşı düşmənçilik hərəkətlərinə mütənasib cavab vermək hüququnu özündə saxlayır.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı İran rejiminin düşmənçilik hərəkətlərinə mütənasib və uyğun vaxtda cavab vermək haqqını özündə saxlayır. XİN rəhbəri qeyd edib ki, İranın müdaxiləsi region ölkələrinin təhlükəsizliyinə zərər verir, qlobal sülh və təhükəsizliyə təsir göstərir.

Xatırladaq ki, ötən şənbə günü Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri üsyünçı husilərin Ər-Riyaddan 35 kilometr şəqrdə yerləşən Kral Xalid beynəlxalq aeroportu istiqamətində buraxdıqları “Burkan-2” raketini vurub. Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının nümayəndələri İranı təkcə husilərə ballistik rajet verməkdə və yerləşdirməkdə deyil, həm də Yəmən ərazisində raketlərin Səudiyyə Krallığına buraxılmasında hərbi ekspertlərin iştirakında ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top