Bu ölkə “WhatsApp”ı bloklamaqla hədələdi

İndoneziya ədəbsiz məzmunlu GIF-təsvirləri (təsvirlərin mübadilə formatı) ləğv etməyəcəyi təqdirdə “WhatsApp” messencerini bloklamaqla hədələyib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, İndoneziyanın Rabitə və İnformasiya Nazirliyi bəyan edib ki, əgər tələblər yerinə yetirilməsə, messencer 48 saat ərzində bloklanacaq. Təsvirləri silmək tələbi uşaqların onlara giriş əldə etməsi imkanı ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top