İngiltərə çempionatında baş məşqçi istefaya göndərildi

İngiltərənin “Vest Hem” klubu baş məşqçi Slaven Biliçin istefaya göndərildiyini rəsmi olaraq elan edib.

“Yeniavaz.com”in “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi klubun cari mövsümdə çıxışından narazı qalıb. Xorvatiyalı mütəxəssisin köməkçiləri və işçiləri də “Vest Hem”i tərk edəcəklər. 49 yaşlı S. Biliç 2015-ci ildən komandaya başçılıq edib.

Daha əvvəl o, Xorvatiya yığmasına, Rusiyanın “Lokomotiv” və Türkiyənin “Beşiktaş” komandalarında baş məşqçi kimi çalışıb. “Vest Hem” Premyer Liqada 11 turdan sonra 9 xalla 18-ci yerdə gedir.

DİGƏR XƏBƏRLƏR

Top