Ankaraya yeni mer seçildi

Mustafa Tuna Ankara şəhərinin meri seçilib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Ankara meriyasının məclisində keçirilmiş seçkilərin nəticəsində məlum olub. Sincar bələdiyyəsinin sədri olan M. Tuna hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi seçkilərdə iştirak edib. Müxalif partiyalar Ankara meri vəzifəsinə namizədliklərini irəli sürməyiblər.

Xatırladaq ki, Ankaranın keçmiş meri Melih Gökçek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə istefa vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top