Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Türkiyə KİV xəbər verir ki, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək. R.T.Ərdoğan və V.Putin Suriya məsələsi ilə bağlı Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan “PYD” cəlb edilməsini, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya “S-400” zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 31-də Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirmişdi ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O, Vl.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırdığını da vurğulamışdı. Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb. R.T.Ərdoğan Rusiyadan sonra noyabrın 14-də Küveytə səfər edəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top