Onlar qalib oldular FOTO

Mingəçevir şəhər 1 saylı tam orta məktəbin və İSTƏK liseyinin ev sahibliyi ilə həyata keçirilən "Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2017" uğurla yekunlaşıb. "Yeniavaz.com" xəbər verir ki, Debat Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, Mingəçevir Regional Debat Mərkəzinin birgə təşkilatçılğı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin, "Gələcək Gənclərlə Gələcək" Gənclər Klubunun, Mingəçevir Şəhər Gənclər Evinin dəstəyi ilə reallaşıb.

Gənclər "Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur" mövzusunda "Təsdiq" və "İnkar" tərəfdən debatlar apardılar.

Forumun ilk günü finala qədər olan mərhələlər yekunlaşdı. "De Facto" və "Dejavu" komandaları finala vəsiqə qazandılar. Final mərhələsində daha uğurla çıxış edən "De Facto" komandası "Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2017"nin qalibi adını qazanıb.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Kamal Nəcəfli qeyd edib ki, uzun illər Mingəçevirdə olan debat fəaliyyətinin sistemləşdirilməsi, Mingəçevirdə Karl Popper debat formatın inkişafı məhz Mingəçevir Regional Debat Mərkəzinin adı ilə bağlıdır.

Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə Milli Debat Proqramının fəaliyyətindən, gördüyü işlərdən, qazandığı uğurlardan danışıb.

Tədbirin gedişində çıxış edən Mingəçevir Regional Debat Mərkəzinin sədr müavini Samir Şükürov qısa zamanda mərkəzin qazandığı böyük uğurlarlardan danışaraq, Mingəçevir Regional Debat Mərkəzi tərəfindən 2 il ərzində 2 Məktəbli, 5 Gənclər olmaqla, 7 Debat Forumun keçirildiyi qeyd edib.

Hazırda Mingəçevirdə müxtəlif auditoriyalarda Karl Popper debat formatında təlimlər keçən hər bir gəncin birbaşa və ya bilavasitə Mingəçevir Regional Debat Mərkəzindən bəhrələndiyini qeyd edən Samir Şükürov, bütün bunların gənclərin inkişafında mütəsna rol oynadığını bildirib.

Sonda qalib komandaya kubok, qalib-finalçı, ən yaxşı hakim, ən yaxşı məşqçi və ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikat verilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və DVC tərəfindən təşkil olunmuş "Respublika Gənclər Debat Forumu: Payız 2017"a hazırlıq məqsədi daşıyır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top