Türkiyə baş nazirinin oğlanlarının Maltadakı şirkətləri üzə çıxıb

Xəbər verdiymiz kimi, jurnalistlərin beynəlxalq konsorsiumu - Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) yeni nəhəng araşdırmanı açıqlayıb. “Cənnət sənədləri" (“Paradise papers”) adlı bu araşdırma miqyasına görə “Panama sənədləri” ilə müqayisə oluna bilər. Jurnalistlər 13 milyon 400 minədək sənədi araşdıraraq yüksəkçinli siyasətçilərin vergidən yayınma mexanizmini üzə çıxarıblar. Açıqlanan sənəddə Türkiyənin baş naziri Binəli Yıldırımın oğlanlarına aid olduğu bildirilən şirkətlərin də adı qeyd olunub. Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Baş nazir Binəli Yıldırımın oğlanları Erkam və Bülent Yıldırımlara aid olan iki şirkət "Havke Bay Deniz Ko." və " Black Eagle Marine Co." Maltada qeydiyyatdan keçib. "Havke Bay Deniz Ko." 2004-cü ilin aprel ayında və "Black Eagle Marine Co." isə 2007-ci ilin yanvar ayında təsis olunublar. Türkiyə mətbuarı yazır ki, o zaman Türkiyənin nəqliyyat naziri olan Binələi Yıldırımın başqa bir ölkədə nəqliyyat şirkətləri qurmaları diqqət çəkən məqamlardan biridir. Açıqlanan sənəddə göstərilir ki, Erkam Yıldırım hər iki şirkətin ən böyük səhmdarı və müdiridir. Məsələ ilə bağlı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna həm sənəddə adı keçən Erkam Yıldırıma, həm də Baş nazir Binəli Yıldırıma açıqlama vermələri üçün müraciət etsədə hələki cavab ala bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top