Şahzadələrin həbsi neftin qiymətini artırır

Noyabrın 6-da keçirilmiş hərraclar zamanı “Brent” markalı neftin 1 barelinin qiyməti 62,87 dollar həddinə çatıb.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu, əvvəlki bağlanmış hərracların səviyyəsindən təqribən 1,3 faiz çoxdur. Axırıncı dəfə “Brent” markalı 1 barel neftin qiyməti 2015-ci il iyulun başlanğıcında daha baha olub. “Bloomberg”un analitikləri qeyd edirlər ki, neft kotirovkalarının artımı Səudiyyə Ərəbistanında Kral ailəsi üzvləri arasında həbslərin aparılması fonunda davam edir. Ekspertlərin fikrincə, həbslər silsiləsi OPEK-in kvotasının azadılmasının tərəfdarı kimi tanınan vəliəhd şahzadə Məhəmməd bin-Salmanın vəziyyətini möhkəmləndirməyə hesablanıb.

DİGƏR XƏBƏRLƏR

Top