Bakıda iki bacını avtomobil vurub

Bakının Binəqədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Azadlıq prospektində 115 saylı orta məktəbin qarşısından yolun digər tərəfinə keçmək istəyən 1998-ci il təvəllüdlü Şahmalıyeva Aysel Vaqif qızı və 2001-ci il təvəllüdü Şahmalıyeva Elmina Vaqif qızını minik avtomobili vurub. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Sürücü saxlanılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top