"Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Son oyunda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Riçard Qadze vurub. Bununla da "Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub. Üstəlik, flaqman "Zirə" ilə 10-cu oyununda da meydanı qalibiyyətsiz tərk edib. Hazırda 13 xala malik "ağ-qaralar" 5-ci pillədə qərarlaşıb. Xallarını 24-ə çatdıran "Zirə" isə 2-ci pilləyə qayıdıb. Turun ilk 3 oyununda "Qəbələ" evdə "Səbail"i, "Sumqayıt" "Keşlə"ni 3:1, "Qarabağ" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yenib.Report

DİGƏR XƏBƏRLƏR

Top