
Rusiyanın Kalininqrad şəhərində pələng zooparkın qadın əməkdaşına hücum edib. O, xəstəxanaya yerləşdirilib. Bu barədə TASS-a heyvanat parkının mətbuat xidmətindən məlumat verilib. "Biz məlumatı təsdiq edirik. Hadisə zooparkın yırtıcı və kürəkayaqlılar şöbəsində heyvan baxıcısının başına gəlib. O, hazırda xəstəxanada şok vəziyyətindədir", - deyə məlumatda bildirilir.Report
Tətbiqimizi yükləyə bilərsiniz