Xəstəliklə mübarizəyə ayrılmış 5 milyon oğurlanıb

Qərbi Afrikada “Ebola” epidemiyası ilə mübarizə üçün toplanmış 5 milyon dollardan artıq humanitar yardım fırıldaqçılıq və korrupsiya səbəbindən yoxa çıxıb. “Yeniavaz.com”un BBC-nin rus xəbərlər xidmətinə istinadən verdiyi məlumata görə, bunu Qırmızı Xaçın nümayəndələri deyiblər. Auditorlar araşdırma zamanı süni artırılmış qiymətlər üzrə alışlar, mövcud olmayan əməkdaşlara maaşların ödənilməsi, eləcə də saxta gömrük hesablarına dair faktlar aşkarlayıblar. Qeyd edək ki, “Ebola” epidemiyası 2014-2016-cı illərdə azı 10 min nəfərin həyatına son qoyub.

DİGƏR XƏBƏRLƏR

Top