MDB ölkələrində nə qədər heyvan var?

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 2 milyon 702,6 min baş çamış, 1 milyon 298,7 min baş inək, 8 milyon 667,3 min baş qoyun və keçi, 4,8 min baş donuz olub. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı hesabata istinadən apardığı hesablamalar göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda çamışların sayı 0,7%, inəklərin sayı 0,4%, qoyun və keçilərin sayı 0,8% artıb, donuzların sayı isə 11,8% azalıb.

Məlumat üçün qeyd edək ki, MDB-yə üzv olan digər ölkələr ilə müqayisədə donuzların sayı Azərbaycanda dəfələrlə azdır. Müqayisə üçün qeyd edək ki, Ermənistanda donuzların sayı 763,2 min baş (son bir ildə 8,9% azalıb), Rusiyada 24 milyon 115 min baş (3,6% artıb), Ukraynada 6 milyon 761,6 min baş (0,1% artıb), Moldovada 434,3 min baş (12,8% azalıb), Qırğızıstanda 101,2 min baş (11,3% artıb), Qazaxıstanda 955,5 min baş (2% artıb), Belarusda isə 3 milyon 351,9 min baş donuz (1,1% artım) olub.

Camışların sayına gəldikdə isə qeyd edək ki, Ermənistanda camışların sayı 779,3 min baş (son bir ildə 2,9% azalıb), Rusiyada 19 milyon 345 min baş (0,7% azalıb), Ukraynada 4 milyon 140,4 min baş (0,5% azalıb), Moldovada 178,6 min baş (6,3% azalıb), Qırğızıstanda 1 milyon 761,4 min baş (4,2% artıb), Qazaxıstanda 7 milyon 104,4 min baş (4% artıb), Belarusda isə 4 milyon 403,5 min baş camış (1,2% artım) olub.

Qoyun və keçilərin sayı isə Ermənistanda 934,5 min baş (son bir ildə 9,4% azalıb), Rusiyada 25 milyon 712 min baş (1,4% azalıb), Ukraynada 1 milyon 576,6 min baş (0,4% artıb), Moldovada 897,6 min baş (2,5% azalıb), Qırğızıstanda 8 milyon 106,2 min baş (3,3% artıb), Qazaxıstanda 20 milyon 834,4 min baş (0,6% artıb), Belarusda isə 178 min baş qoyun və keçi (9,4% azalma) olub.

İnəklərin sayına gəldikdə isə bildirək ki, Ermənistanda inəklərin sayı 337,5 min baş (son bir ildə 1,1% azalıb), Rusiyada 8 milyon 275 min baş (0,7% azalıb), Ukraynada 2 milyon 120,5 min baş (1,9% azalıb), Moldovada 120,8 min baş (5,4% azalıb), Qırğızıstanda 777,9 min baş (0,2% artıb), Qazaxıstanda 3 milyon 375,8 min baş (4,6% artıb), Belarusda isə 1 milyon 508,6 min baş inək (dəyişməyib) olub.

DİGƏR XƏBƏRLƏR

Top