Ermənistan ordusunun silah anbarında partlayış olub

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir. Report

DİGƏR XƏBƏRLƏR

Top