Bu ölkədə cəmi 307 işsiz var

Kiçik Avropa ölkəsi olan Lixtenşteyndə oktyabr ayında işsizlərin sayı 307 nəfər təşkil edib.

“Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 12 nəfər azdır. Bununla da Avropa İttifaqına (Aİ) üzv olmayan ölkədə işsizlik faizi 1,6 faiz civarında qalıb. Bu faiz Aİ-yə üzv olan ölkələrin hamısından ən aşağı göstəricidir. Zəngin ölkə olan və monarxiya forması ilə idarə edilən Lixtenşteyn knyazlığında cəmi 38 min əhali yaşayır. Ölkədə işləyənlərin sayı isə 37 500 nəfərdir. Buna səbəb isə işləyənlərin yarısından çoxunun başda qonşu İsveçrə və Avstriya olmaqla digər ölkələrdən gəlməsidir. Rəsmi dili alman dili olan Lixtenşteyndə ötən ay ölkə miqyasında cəmi 800 iş elanı yayımlanıb. Ölkə iqtisadiyyatının əsasını sənaye, xidmət və bak sektorları təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top