Dolma və lavaş uğrunda apardığımız virtual müharibədə ermənilərə necə uduzuruq? FAKTLAR

Bildiyiniz kimi, ermənilər təkcə tarixi Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia etmirlər, onlar eyni zamanda azərbaycanlılara məxsus olan bir-çox maddi-mənəvi dəyərlərə qarşı da iddialar irəlli sürürlər. Yeniavaz.com xəbər verir ki, Azərbaycanlılara məxsus maddi-mənəvi dəyərlər arasında ermənilərin onlara məxsus olduğunu iddia etdiklərinin siyahısında ilk sıralarda dolma və lavaş dayanır. Dolam və lavaşın ermənilərə məxsus olduğunu dünyaya sübut etmək üçün ciddi təbliğat işi aparılır. Bu təbliğatı hətta sovetlər birliyi zamanında belə açıq və gizli şəkildə aparmaqdan çəkinməyiblər. Orta və yaşlı nəsilə aid insanlar arasında məşhur sovet filmi - "Mimino"yu çox insan izləyib. Həmin filmdə erməni aktyor Frunzik Mkrtçyanın canlandırdığı Ruben Xaçikyan xarakterinin dili ilə dolmanın ermənilərin milli yeməyi olduğu təbliğatını yəqin ki, unutmamısınız. Ermənilər hər fürsətdə dolma və lavaşın onlara məxsus olduğunu təbliğ etməyə çalışırlar. Nə qədər acı olsa da etiraf etməliyik ki, bu sahədə ermənilərdən geri qalırıq. Azərbaycanın hər il ölkə daxilində keçirdiyi "Dolma festivalı"nı ermənilər xarici ölkələrdə təşkil edirlər. Dolma və lavaşın azərbaycanlılara məxsus olduğunun təbliği sahəsində ermənilərdə nə qədər geri qaldığımızı görə bilməyimiz üçün bir-neçə dəqiqəlik kiçik araşdırma da kifayət edir.

Dünyanın ən böyük axtarış sistemi hesab olunan "Google.com" üzərindən dolma və lavaş sözlərinin axtarışını apardığınız zaman qarşınıza heç də xoş olmayan mənzərə çıxacaq:

1. İngilis dilində "Azərbaycan dolması" ("Azerbaijani stuffing (Dolmas)") ifadəsini axtarışa verdiyiniz zaman 55 500 nəticə çıxacaq. Halbuki ingilis dilində "Erməni dolması" ("Armenian stuffing (Dolmas)") ifadəsini axtarışa verdiyiniz zaman bundan 4,3 dəfə çox - 239000 nəticə çıxır.

2. İngilis dilində "Azərbaycan lavaşı" ("Azerbaijani lavash") ifadəsini axtarışa verdiyiniz zaman 35 700 nəticə çıxacaq. Halbuki ingilis dilində "Erməni lavaşı" ("Armenian lavash") ifadəsini axtarışa verdiyiniz zaman bundan 9,4 dəfə çox - 338000 nəticə çıxır.

3. Rus dilində "Azərbaycan dolması" ("Азербайджанская долма") ifadəsini axtarışa verdiyiniz zaman 65 600 nəticə çıxacaq. Halbuki rus dilində "Erməni dolması" ("Армянский долма") ifadəsini axtarışa verdiyiniz zaman bundan daha çox - 91700 nəticə çıxır.

4. Rus dilində "Azərbaycan lavaşı" ("Азербайджанская лаваш") ifadəsini axtarışa verdiyiniz zaman 35 700 nəticə çıxacaq. Halbuki rus dilində "Erməni lavaşı" ("Армянский лаваш") ifadəsini axtarışa verdiyiniz zaman bundan 12,2 dəfə çox - 437000 nəticə çıxır.

Ermənilərin dolma və lavaşa sahiblənmə arzularının nə qədər böyük olduğunu təkcə "google.com" axtarış sistemindən deyil, dünyanın ən böyük video paylaşma sistemi olan "youtube.com"dan da müşahidə edə bilərsiniz. "youtube.com" üzərindən həm ingilis, həm də rus dillərində "Azərbaycan və erməni dolması", "Azərbaycan və erməni lavaşı" ifadələrini ayrı-ayrı axtarışa verdiyimiz zaman qarşısında erməni sözü olan ifadələr üzrə daha çox nəticə ilə qarşılaşacaqsınız. Virtual təbliğatdakı yeganə üstünlüyümüz "youtube.com"dakı rus dilli mənbələrdə Azərbaycan dolması ilə bağlı məlumatların erməni dolması ilə bağlı məlumatlardan bir qədər çox olmasıdır. Digər nəticələr isə "google.com"da olduğu kimi yenə də əleyhimizədir.

"Youtube.com"da aşağıdakı ifadələri axtarışa verdiyimiz zaman qarşımıza çıxan nəticələr:

Azerbaijani stuffing (Dolmas) - 392 nəticə

https://www.youtube.com/results?search_query=Azerbaijani+stuffing+%28Dolmas%29

Armenian stuffing (Dolmas ) - 2270 nəticə

https://www.youtube.com/results?search_query=Armenian+stuffing+%28Dolmas%29

***

Azerbaijani lavash - 2610 nəticə

https://www.youtube.com/results?search_query=Azerbaijani+lavash

Armenian lavash - 7520 nəticə

https://www.youtube.com/results?search_query=Armenian+lavash

***

Азербайджанская долма - 5520 nəticə

https://www.youtube.com/results?search_query=%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F+%D0%B4%D0%BE%D0%BB%D0%BC%D0%B0

Армянский долма - 4120 nəticə

https://www.youtube.com/results?search_query=%D0%90%D1%80%D0%BC%D1%8F%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9+%D0%B4%D0%BE%D0%BB%D0%BC%D0%B0

***

Азербайджанская лаваш - 7100 nəticə

https://www.youtube.com/results?search_query=%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F+%D0%BB%D0%B0%D0%B2%D0%B0%D1%88

Армянский лаваш - 14 900 nəticə

https://www.youtube.com/results?search_query=%D0%90%D1%80%D0%BC%D1%8F%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9+%D0%BB%D0%B0%D0%B2%D0%B0%D1%88

DİGƏR XƏBƏRLƏR

Top