Kadırov Putin haqqında ən yaxşı şeir oxuyana “iPhone X” verəcək

Çeçenistan respublikasının başçısı Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin haqqında ən yaxşı şeir oxuyana “iPhone X” smartfonu hədiyyə edəcəyinə dair söz verib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə R. Kadırov özünün “Instagram” səhifəsində məlumat verib. R. Kadırov bildirib ki, Çeçenistanın Şən və Hazırcavablar Klubu komandası ona smartfonun son modelini hədiyyə edib. Məhz həmin smartfonu R.Kadırov sosial şəbəkədəki izləyiciləri arasında oynamaq qərarına gəlib.

Qeyd edək ki, Rusiyada “iPhone X”ın qiyməti 79,9 min rubldan başlayır.

DİGƏR XƏBƏRLƏR

Top