Azərbaycanda əhalinin gəlirləri xərclərindən 18 faiz çox olacaq

Gələn il Azərbaycanda əhalinin gəlirlərinin xərclərini 17,9% üstələyəcəyi proqnozlaşdırılır. Belə ki, 2018-ci ildə əhalinin gəlirləri 55 389,9 mln. manat, xərcləri 46 966,1 mln. manat olacağı gözlənilir. 2019-cu ildə gəlirlərin xərcləri 19,8% üstələyəcəyi və gəlirlərin 58 812,3 mln. manat, xərclərin 49 100,5 mln. manat olacağı proqnozlaşdırılır. Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin 2018-ci ilə və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində yer alıb.

2020-2021-ci illərdə əhalinin gəlirlərinin müvafiq olaraq 61 055,5 mln. manat və 62 492,6 mln. manat, xərclərinin 53 404,2 mln. manat və 57 018,8 mln. manat olacağı nəzərdə tutulur. Beləliklə, gəlirlərin xərcləri üstələməsi 2020-ci ildə 14,3%, 2021-ci ildə 9,6%-ə enəcək.

Növbəti ildə Azərbaycanda orta aylıq əmək haqqının 2017-ci illə müqayisədə real ifadədə 0,5% artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Daha sonrakı 3 ildə isə ardıcıl olaraq, 2019-cu ildə 562,6 manat, 2020-ci ildə 575 manat və 2021-ci ildə 585,5 manat olacağı nəzərdə tutulur. report

DİGƏR XƏBƏRLƏR

Top