Türkiyənin kredit reytinqi təsdiq edilib, proqnoz "neqativ"dir

Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's", Türkiyənin xarici valyutada kredit reytinqini "BB", yerli valyutada isə "BB+" olaraq təsdiq edib. Reytinqin proqnozunun isə "neqativ/mənfi" olduğu açıqlanıb.

Keçən ilin iyul ayındakı çevriliş cəhdinə baxmayaraq, Türkiyə iqtisadiyyatının güclü maliyyəsilə dövlət çevrilişi təşəbbüsünə müsbət reaksiya verdiyinin vurğulandığı açıqlamada, inflyasiya təzyiqlərinin səngiməsi vəziyyətində reytinqin proqnozunun "stabil"ə qaldırıla bilinəcəyi qeyd olunub.

Digər tərəfdən, açıqlamada, Türkiyədə pul siyasətinin inflyasiya və valyuta təzyiqlərini dayandırmaqda yetərsiz qalması vəziyyətində, ölkənin iqtisadi və maliyyə sabitliyi gücünü itirəcəyi barədə xəbərdarlıq edilib.
Özəl sektorda ABŞ dollarının geniş istifadə edilməsinin zəif Türk Lirəsinin iqtisadiyyata olan faydasını məhdudlaşdırdığına diqqət çəkilən açıqlamada, 2017-nin ilk yarısında Türkiyədə investisiyaların sürətlə artdığı, bu investisiyaların çoxunun dövlətin tikinti sahəsində olduğu qeyd olunub. Marja

DİGƏR XƏBƏRLƏR

Top