Azərbaycanda səsvermə qaydası dəyişdirilir

Azərbaycanda keçiriləcək seçkilərdə səsvermə qaydası dəyişdiriləcək.

Bununla bağlı Seçki Məcəlləsinin 104.7-ci bəndi ləğv edilir.

Hazırki qanunvericiliyə görə, (104.7-ci maddə) məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.
Təklif olunan dəyişiklikdə isə 104.7-ci bənd ləğv edilir.

Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top