ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvald Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olmayıb.
Bu barədə cümə günü dərc olunan arxiv sənədlərində deyilir.
MKİ-nin 1975-ci il tarixli memorandumunda Osvaldın idarə ilə əlaqəsinin olmasına dair şayiələr "tamamilə əsassız" adlandırılıb.
Bu qənaət MKİ-nin 70-ci illər arxivlərinin ətraflı öyrənilməsi nəticəsində əldə olunub. MKİ həmçinin Osvaldın Amerikanın hər hansı bir digər xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair dəlil də tapmayıb.
Memorandum cümə günü ABŞ-ın Arxiv İdarəsi tərəfindən dərc olunan 700-ə yaxın sənədin içərisində olub.
Kennedi 22 noyabr 1963-cü il tarixində Dallasda öldürülüb. Onun qatili Osvald iki gün sonra sui-qəsd nəticəsində ölüb. İstintaq belə bir qənaətə gəlib ki, Osvald tək hərəkət edib, lakin Kennedinin qətli ilə bağlı rəsmi təsdiqini tapmayan çoxsaylı alternativ fərziyyələr də mövcuddur. Report