
Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin monitorinqi üçün “AzerSky” aşağıorbitli peykin xidmətlərindən yararlanmağa davam edəcək. Bunu jurnalistlərə nazirlik aparatının rəhbəri İlham Bayramov deyib. O qeyd edib ki, nazirlik artıq dörd pilot rayonda bu cür tədqiqatlar aparıb: “Gələn il bütün ölkə ərazisində monitorinqləri keçirmək niyyətindəyik”.
Qeyd edək ki, Azərbaycanın “AzerSky” aşağıorbitli peykindən əldə edilən görüntülər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Torpaq sahələrinin eyniləşdirilməsi sistemi” layihəsi çərçivəsində istifadə olunur.Trend
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                