İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib

İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtələrini nəzarət altına alıb. "RİA Novosti"nin xəbərinə görə, bu barədə əməliyyata qatılan "Həşdi Şabi" silahlı qruplaşmasının mətbuat idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər. Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Kaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu deyib.Apa

DİGƏR XƏBƏRLƏR

Top