Türkiyədə iki deputat həbs edildi

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) iki millət vəkili məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə HDP-nin Hakkaridən seçilmiş millət vəkili Səlma Irmakı ümumilikdə 10 il həbs cəzasına məhkum edib. O, silahlı terror təşkilatına üzv olmaq cinayəti işi üzrə 7 il 6 ay, terror təşkilatının təbliğatını aparmaq cinayət işi üzrə isə 2 il 6 ay azadlıqdan məhrum edilib. Bundan başqa, HDP-nin Adanadan seçilmiş deputatı Meral Danış isə 2 il 3 ay həbs cəzası alıb. O, Türkiyə hökumətini və dövlətini açıq-aşkar alçatmaq, eləcə də dövlətin məhkəmə orqanlarını, dövlətin hərbi və ya polis təşkilatını açıq-aşkar alçaltmaq ittihamları üzrə təqsirli bilinib.

DİGƏR XƏBƏRLƏR

Top