Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadıldı

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib. Sərəncamda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilməsi öz əksini tapıb. Bundan başqa, qanunun 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilib. Bununla da, sahibkarliq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitib.

DİGƏR XƏBƏRLƏR

Top