BMW 1,4 milyon avtromobilini geri qaytarır

Almaniyanın avtomobil konserni BMW ABŞ-da təqribən 1,4 milyon maşınını geri çağırır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb avtomobillərin mühərrikində alışma yarada biləcək qüsurun tapılmasıdır. Geri qaytarılan avtomobillər sırasında 2007-2011-ci illər istehsalı olan 740 min maşın var. Onların sırasında Z4, X3 və X5 modelləri də mövcuddur. Həmin avtomobillərin klapan elementi dəyişdiriləcək ki, o, yüksək temperaturda əriməsin. Bundan başqa, 2006-2011-ci illər istehsalı olan 673 min maşın geri çağırılır ki, havanın kondisionerləşdirilməsi sistemində elektrik şəbəkəsi təmir edilsin. Bu qüsur 4 sürücünün travma almasına səbəb olub. Təmir üçün maşınların geri qaytarılması prosesi dekabrın 18-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top