Çin açıq kosmosda Günəş elektrik stansiyasını yerləşdirəcək ilk ölkə olacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Kosmik Texnologiyalar Akademiyasının elmi əməkdaşı Li Min deyib. Onun sözlərinə görə, Günəş enerjisinin kosmik məkanda tətbiqi daha səmərəli, təmiz və sabitdir: “Yerüstü Günəş və külək elektrik stansiyalarından fərqli olaraq, heç bir təbiət amili kosmik elektrik stansiyasının işinə təsir göstərmir, bununla da o, Yerə nəhəng enerki axını göndərir”.