"AFB Bank" "Bank of Baku" ilə birləşmə xəbərini təkzib etdi

Bu gün mətbuatda "AFB Bank" və "Bank of Baku"nun birləşəcəyi barədə xəbərlər yayılıb. Açıqlanan məlumatlarda qeyd olunur ki, yaxın saatlarda səhmdarların bu bankların birləşməsi barədə qərar qəbul edəcəyi gözlənilir. Səbəb kimi isə "Bank of Baku"nun maliyyə vəziyyətinin pis olması və bankın kapitalının tələbə cavab verməməsi göstərilir. Yeniavaz.com yayılan məlumata "AFB Bank"ın münasibətini öyrənib. Bankın ictimaiyyətlə əlaqələr sektorundan yeniavaz.com-a verilən açıqlamada bildirilir ki, onlarda bu barədə məlumat yoxdur. Əgər bu barədə hər hansı bir məlumat olsaydı bankın rəsmi saytında dərc olunardı.

DİGƏR XƏBƏRLƏR

Top