Bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən Abşeron rayonu, Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən Ənvər Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ə. Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb. Apa

DİGƏR XƏBƏRLƏR

Top