ABŞ-ın düzəltdiyi yeni qırıcılar paslandı

ABŞ Müdafiə Nazirliyi yeni nəsil F-35 döyüş təyyarələrində paslanma aşkarlandığına görə ölkənin Hərbi Hava Qüvvələrinin həmin qırıcılarla təchiz edilməsi proqramını bir ay müddətinə dayandırıb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, təyyarədə karbon lifindən hazırlanmış xarici panelin aliminum gövdəsi ilə birləşdiyi yerdə korroziya baş verib. Paslanmanın istehsalçı şirkət “Lockheed Martin” səbəbindən yarandığı bildirilir. Daha əvvəl isə F-35 təyyarələrindən istifadə pilotlar oksigen çatışmazlığından şikayət etmişdilər.

Qeyd edək ki, F-35-in yaradılması üzrə proqram ABŞ-a təxminən yarım trilyon dollara başa gəlib.

DİGƏR XƏBƏRLƏR

Top