"WhatsApp" işini bərpa edib

Bu gün "Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində problem yaranıb.

İstifadəçilər 1 saata yaxın messencerdən istifadə edə bilməyiblər. Platforma üzərindən ismarıc yollamaq və almaq mümkün olmayıb. Bu, yalnız Azərbaycanda deyil, bütün dünya üzrə müşahidə olunub.

Artıq "WhatsApp" messencer proqramında yaranmış problem aradan qaldırılıb. Platforma üzərindən ismarıc yollamaq və almaq mümkündür.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top