Əlillər Mingəçevirdə yarışdılar FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təsdiq olunmuş "Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları"nın Mingəçevir zona turniri nazirliklərin yerli idarələri tərəfindən təşkil edilib keçirilib. İdmanın nərd, dama, şahmat, stolüstü tenis və armresting (qol güləşi) növləri üzrə keçirilən zona yarışında əlilliyi olan şəxslər və sağlamlıq imkanı məhdud uşaqlar arasında təşkil olunub. Yarışda 9 şəhər və rayonlardan, ümumilikdə 60 idmançı iştirak edib.

Keçirilən hər beş idman növündən I, II, III yerləri tutmuş qaliblərə Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin və Əhalinin Sosial Müdafiəsi İdarəsinin Mingəçevir Şəhər Şöbəsinin diplomları verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top