
Xəzər dənizinin hüquqi statusu haqqında müqavilə 2018-ci ildə imzalana bilər.
"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin Xəzəryanı dövlətlərlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib: "Fikrimcə, bu, Astanada keçiriləcək sammitdə mümkün olacaq. Bu, çox güman ki, gələn ilin əvvəlində baş tutacaq". R. Abdulatipov xatırladıb ki, Xəzərin statusuna dair müzakirələr artıq 20 ildir gedir, lakin əsas sənəd hələ də imzalanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz