Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib

Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.

Xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Apa

DİGƏR XƏBƏRLƏR

Top