Rusiyada prezident olmaq istəyən dördüncü qadın namizəd

Rusiyanın tanınmış pornoaktrisası Yelena Berkova 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

“Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi xəbərə görə, o bu barədə özünün “ İnstagram” səhifəsində məlumat verib. Bununla da Y. Berkova Rusiyada dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparmaq istəyini bəyan edən sayca dördüncü qadın olub. Bunadək Kseniya Sobçak, Yekaterina Qordon və Anfisa Çexova prezidentliyə namizədliklərini irəli sürəcəklərini bəyan ediblər.

Xatırladaq ki, 2018-ci ilin martında Rusiya prezidenti seçkiləri keçiriləcək, seçki kampaniyası 2017-ci ilin dekabrında başlamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top