“Facebook”un gəlirləri azalacaq - MARKDAN ETİRAF

“Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq şirkətin gəlirlərinin azalacağı ilə bağlı xəbərdarlıqla çıxış edib.

“Business İnsider”ın verdiyi məlumata görə, səbəb odur ki, Rusiyanın ABŞ-dakı siyasi proseslərə və prezident seçkilərinə sosial şəbəkələr vasitəsilə təsir göstərməyə çalışdığı ortaya çıxdıqdan sonra “Facebook” rəhbərliyi təhlükəsizlik sahəsinə kapital qoyuluşunu artırmağı qərara alıb. Belə ki, 2018-ci ildə “Facebook” bu istiqamətdə xərclərin 45-60% artacağını gözləyir.

“Şirkət təhlükəsizlik və xidmətlərin mühafizəsinə cavabdeh olan əməkdaşların və tərəfdaşların sayını artıracaq. Gələn il bu işlə 20 minə yaxın adam məşğul olacaq. Bundan başqa, məqsədəuyğun olmayan kontentin aşkarlanması məqsədilə süni intellekt sisteminin işlənib hazırlanmasına da səylər yönəldiləcək”, - deyə M. Zukerberq söyləyib.

Xatırladaq ki, “Facebook”, “Twitter” və “Google” nümayəndələri son 2 gün ərzində Senatda Rusiyanın ABŞ-da seçkilərə və siyasi proseslərə müdaxiləsi mövzusunda keçirilən dinləmələrdə çıxış ediblər.İKT.lent.az

DİGƏR XƏBƏRLƏR

Top