Kataloniya lideri barədə tutulma əmri verilə bilər

Belçikaya gedən Kataloniya lideri Karlos Puçdemon İspaniyaya qayıdıb məhkəməyə ifadə verməsə, barəsində Avropa miqyasında tutulma əmri verilə bilər.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İspaniya Konstitusiya Məhkəməsindən deyiblər. K. Puçdemonun vəkili bildirib ki, müvəkkili ifadə vermək üçün Madridə getməyəcək: “Belçikada ifadə verməsini tələb etdmişəm. Belçika qanunları buna imkan verir”. K. Puçdemonun tutulacağı təqdirdə, o, 30 il müddətinə həbs cəzasına məruz qala bilər.

DİGƏR XƏBƏRLƏR

Top