SOCAR ixrac etdiyi xam neftin həcmini açıqladı

Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edib. Yeniavaz.com SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 57,36 dollara, Urals nefti 56,73 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,91 dollara satılıb.

DİGƏR XƏBƏRLƏR

Top