Papadan etiraf: “Dua edəndə məni yuxu tutur”

Katoliklərin ruhani lideri Papa Frensis bir kanala müsahibəsində maraqlı etiraflar edib. Papa dua edərkən yatdığını deyib. O, bu vəziyyətin XIX əsrdə yaşayan Tereza Anada da olduğunu vurğulayıb. Papa dua edərkən yuxulamağın insanın Tanrını məmnun etdiyi anlamına gəldiyini bildirib. O, bir xristian üçün Tanrı hüzurunda yatmağı bir uşağın atasının qollarında yatmağına bənzədib. İddialara görə, Papa Frensis hər gün axşam saat 21:00-da yatır və səhər 04:00-da oyanır. publika

DİGƏR XƏBƏRLƏR

Top