"Gülzar nənə" ilə görüş FOTO

Ağdaş rayon Maqsud Şeyxzadə adına Texniki Hümanitar Təmayüllü Gimnaziyada Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Sehrli dünya” jurnalının baş redaktoru, “Gülzar nənə” təxəllüsü ilə uşaqların sevimlisinə çevrilən Gülzar İbrahimova ilə görüş keçirildi. Tədbirdə Ağdaş rayon Mərkəzi Kitabxana Sisteminin (MKS)əməkdaşları iştirak etdilər. Şairə ilə görüş “Gül balaların Gülzar nənəsi” adlı video-slayd ilə başlandı. Tədbiri giriş sözü ilə açan rayon MKS-in müdiri Seyfədin Feyzullayev tədbir iştirakçılarını salamladı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.Qeyd etdi ki,belə tədbirlərin müntəzam keçirilməsi uşaqların bədii ədəbiyyata olan marağının artırılmasına köməklik göstərilir.
Tədbir zamanı Gimnaziyanın şagirdlərinin səhnələşdirdiyi nağıl, söylədikləri şeirlər, rəqsləri tədbiri daha da rəngarəng etdi. Daha sonra öz yaradıcılığıı ilə uşaqların məhbətini qazanan Gülzar İbrahimova tədbirə dəvət aldığı üçün rayonun MKS-in rəhbərliyinə, əməkdaşlarına və gimnaziyanın drektoru Şəhla Hacıbalayevaya öz minnətdarlığını bildirdi və gül balalara yazdığı şeirlərini səsləndirdi. Tədbirin sonunda şairə tərəfindən uşaqlara hədiyyələr təqdim edildi.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top