SOCAR əməkdaşı 7 il müddətinə azadlıqdan məhrum edilib - DƏLƏDUZLUĞA GÖRƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Süleymanova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı olub. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir. Apa

DİGƏR XƏBƏRLƏR

Top