Ermənistanda həbsxanada qiyam


Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar. Ermənistan KİV xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub. Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar. Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top